📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

2026-10-18 16:58:15

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az  xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişin, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov orada ölüb.

Sürücü və avtomobildə olan digər sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.