SALYANDA MAARİFLƏNDİRİCİ TƏDBİR - Erkən nikahların fəsadlarından bəhs edildi / Fotolar
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Erkən nikahların ailə instituna təsiri” adlı növbəti tədbirini Salyan rayonunda keçirib.
Hurriyyet.info xəbər verir ki, 11 iyun 2026-cı il tarixində rayonun Şəhid Sübhan Əsgərov adına Peşə Liseyində keçirlən tədbiri giriş sözü ilə Salyan İcra Hakimiyyətinin məsul əməkdaşı Sevinc Səmədova açaraq iştirakçıları salamlayıb. Daha sonra Şəhidlərimizin xatirəsi bir dəqidəlik sükutla yad edilib.
Sevinc xanım çıxışında qeyd olunan mövzuda tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Layihənin rəhbəri Tələt Qəribov mövzu haqqında geniş məruzə ilə çıxış edib. O deyib ki, bu sahədə görülən tədbirlərə və qadağalara baxmayaraq, ölkəmizdə yenə də erkən nigahlara rast gəlinir.
Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi Aytəkin Əbilova çıxışında erkən nigahların fəsadları barədə geniş məruzə ilə çıxış edib. Həkim qeyd edib ki, erkən nigah zamanı həm ananın, həm də uşağın sağlamlıqlarında problemlər yaranır.
Rayon “Asan Xidmət” Mərkəzinin hüquqşunası Gülzar Rüstəmli bu sahədə mərkəzdə keçirilən maarifləndirici tədbirlər haqqında məlumat verib. Hüquqşunas qohum evlilklərindən danışarkən bildirib ki, mərkəzdə nigah bağlanarkən yaxın qohumlar aldadıcı sənədlər təqdim etməyə cəhd ediblər.
Salyan rayon 9 saylı tam orta məktəbin psixoloqu Arzu Hacızadə çıxışında vurğulayıb ki, erkən nigaha daxil olan qızlar sonrakı çətin həyat şəraiti nəticəsində psixoloji problemlər yaşayır. Belə ki, onlar bunu nigahdan əvvəl özləri üşün xoşbəxt həyat təsəvvür edirlər, lakin sonradan gördükləri çətinliklər onlarda psixoloji gərginlik yaradır.
Rayondakı Mir Əşrəf Ağa məscidinin imamı Vidadi Səmədov çıxışında qeyd edib ki, din xadimi olaraq insanlar arasında bu kimi mövzularda daim söhbətlər aparırlar.
Rayon Polis Şöbəsinin nümayəndəsi Nihad Həsənli bu sahədə Polis Şöbəsinin apardığı proflatik tədbirlər haqqında məlumat verib.
Tədbir çay süfrəsi ətrafında müzakirələrdən sonra başa çatıb.
Hurriyyet.info


