📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Salyanda tanınmış xanəndə xəstəxanada vəfat edib

2026-02-14 22:38:56

Salyanda tanınmış xanəndə xəstəxanada vəfat edib

Salyanda tanınmış xanəndə Vaqif Qurbanoğlu dünyasını dəyişib.

"Report"un Aran bürosunun məlumatına görə, Vaqif Qurbanxan oğlu Babayev bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasına kamotoz vəziyyətdə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vaqif Babayev 1949-cu ildə Salyan şəhərində doğulub. Tanınmış Aşıq Qurbanxanın oğludur.