📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Salyanda ümumi əkin sahəsi azalıb

2024-08-03 21:34:26

Salyanda ümumi əkin sahəsi azalıb

Salyanda ümumi əkin sahəsində azalma müşahidə olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Salyan Rayon Statistika İdarəsindən məlumat verilib.

Bu il 45708,1 hektar kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin 14852,9 hektarını dənli və dənli paxlalı bitkiləri, 10337,6 hektarını texniki bitkiləri, 490,0 hektarını kartof, 1785,6 hektarını tərəvəz, 1025,0 hektarını bostan bitkiləri və 17217,0 hektarını isə yemlik bitkiləri təşkil edib.

Cari ilin məhsulu üçün ümumi əkin sahəsi əvvəlki illə müqayisədə 202,9 hektar və ya 0,4 faiz azalıb.