📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Salyanda vəzifəli şəxsin ailəsində faciə: 4 nəfər öldü, 2-si UŞAQDIR

2025-01-30 09:25:28

Salyanda vəzifəli şəxsin ailəsində faciə: 4 nəfər öldü, 2-si UŞAQDIR

Salyanda 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.

Hadisə nəticəsində 4 nəfər həyatını itirib.

Ölənlərdən biri Salyan Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Məmmədov Aqil Amil oğludur. Məlumata görə, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. isə qəzadan sonra kollektora düşən avtomobilin içində suda boğularaq ölüblər.

Daha bir uşaq avtomobildən sağ çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

1413459