📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Salyanda zəncirvari yol qəzası olub, dörd nəfər xəsarət alıb

2026-01-24 23:45:05

Salyanda zəncirvari yol qəzası olub, dörd nəfər xəsarət alıb

Salyanda zəncirvari yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan dörd nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.