📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şamaxı rayonunda zəlzələ qeydə alınıb

2024-11-20 09:03:24

Şamaxı rayonunda zəlzələ qeydə alınıb

Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.