“Şamaxı” və "Kəpəz" klubları arasında 14 iyulda keçiriləcək oyun təxirə salındı
2024-07-10 15:13:40
“Şamaxı” və "Kəpəz" klubları arasında iyulun 14-də Qəbələ şəhər stadionunda keçirilməli olan yoxlama matçı təxirə salınıb.
Report "Şamaxı"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma tərəflərin razılığı ilə bir gün sonra, iyulun 15-də keçiriləcək.
Görüşün məkanı isə dəyişməyib. Oyun Qəbələ şəhər stadionunda saat 17:30-da start götürəcək.