📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şamaxıda ağır qəza - Ölən və xəsarət alan var

2026-11-07 20:18:10

Şamaxıda ağır qəza - Ölən və xəsarət alan var

Şamaxıda ağır yol-nəqiyyat hadisəsi baş verib.

Hurriyyet.net məlumatına görə, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində baş verib.

Belə ki, Rəşid Məmmədov idarə etdiyi “Mersedes Vito” markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan bir nəfər 63 yaşlı Şərqiyə Məmmədov həyatını itirib, 72 yaşlı Şəfiqə Məmmədova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır.