Şamaxıda idman klubu bağlanmaq təhlükəsi ilə üz-üzə - PREZİDENTƏ MÜRACİƏT / VİDEO
Şamaxı şəhərində fəaliyyət göstərən “Cəngi” idman klubunun maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşdiyi bildirilir.
Goldmedia.az xəbər verir ki, bu barədə klubun idman müəllimi, Şamaxı rayon sakini Hikmət Tarverdiyev məlumat verib.
Onun sözlərinə görə, klubun maliyyələşdirilməsində yaranan problemlər fəaliyyətin davam etdirilməsini çətinləşdirib.
Hikmət Tarverdiyev İnam Kərimovdan sonra klubun maliyyələşdirilməsinin niyə dayandırıldığına aydınlıq gətirilməsini istəyir.
İdman müəllimi yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Prezident İlham Əliyevə müraciət edərək problemin araşdırılmasını və klubun fəaliyyətinin davam etdirilməsinə köməklik göstərilməsini xahiş edir.
Maliyyələşmənin dayandırılmasının səbəbləri ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.
Goldmedia.az