📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şamaxıda yol qəzası olub, ölən var

2026-02-10 20:56:54

Şamaxıda yol qəzası olub, ölən var

Şamaxıda avtomobilin ağaca çırpılması nəticəsində sərnişinlərdən biri ölüb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan zaman “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır bədən xəsarətləri alıb və o xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.