Şamaxıda zəlzələ olub
2026-01-10 19:32:16
Şamaxı rayonunda zəlzələ olub. Hurriyyet.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata əsasən, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Hurriyyet.az