📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Şamaxı"nın baş məşqçisi istefa verdi

2023-11-24 23:10:27

Azərbaycan 1-ci liqası təmsilçisi "Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib.

O, bu gün 9-cu turda "Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

Qeyd edək ki, V.Əsgərli ötən ilin iyulundan "Şamaxı”nı çalışdırırdı.\\Qaynarinfo.Az