📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samir Şərifov daha bir vəzifəsini itirəcək

2025-01-13 18:00:01

Samir Şərifov daha bir vəzifəsini itirəcək

Yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilən Samir Şərifov tutduğu daha bir postu itirəcək.

Hurriyyet.az xəbər verir ki, o, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri vəzifəsindən azad ediləcək.

O, bu vəzifəni 2021-ci ildən tutur.

Qeyd edək ki, Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin edilib.

Modern.az