Samir Şərifov Milli Məclisdə 2024-cü il büdcəsinə dəyişiklilklər edilməsinə dair müzakirədə hesabat verib
Milli Məclisin 2024-cü il 7 iyun tarixində keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov çıxış edib.
O bildirib ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata çatdırılb. Büdcənin xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata kimi artırılacaq. Maliyyə naziri həmçinin qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış üçün 1 milyard 160 milyon manat, 807 milyon manat təhlükəsizlik xərcləri üçün, 977 milyon manat su xətlərinin yenilənməsi üçün vəsait xərclənib.
Hurriyyet.az