📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samir Şərifovdan Azərbaycan-ABŞ əlaqələri ilə bağlı MÜHÜM AÇIQLAMA

2023-06-24 00:12:00

Samir Şərifovdan Azərbaycan-ABŞ əlaqələri ilə bağlı MÜHÜM AÇIQLAMA

"Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ikitərəfli əlaqələr hər gün möhkəmlənir".

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-nin müstəqilliyinin 247-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Nazir qeyd edib ki, ötən il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub: “Bu 30 il ərzində ölkələr arasında münasibətlər qarşılıqlı maraqlara və bərabər hüquqlara əsaslanıb”.

S.Şərifov xatırladıb ki, ABŞ prezidenti Co Bayden Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubunda ölkələr arasında strateji tərəfdaşlığı dəstəklədiyini, Azərbaycanla Ermənistan arasında sülhün bütün regionda sabitliyi təmin edəcəyini vurğulayıb. \\Report