Samir Şərifovun birinci müavini vəfat etdi
2022-04-15 10:21:00
Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə vəfat edib.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, o, bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub.
1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
1999-cu ildən maliyyə nazirinin birinci müavini idi.
Allah rəhmət eləsin!
