📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samux rayon Suvarma Sistemləri İdarəsi elan etdiyi tenderdə qalibini seçdi - FOTOFAKT

2023-08-14 16:20:00

Samux rayon Suvarma Sistemləri İdarəsi elan etdiyi tenderdə qalibini seçdi - FOTOFAKT

Samux rayon Suvarma Sistemləri İdarəsi Metal lövhə, Qaynaq çubuğu almaq üçün elan etdiyi tenderdə qalibini seçdi.

60 min manatlıq Samux rayon Suvarma Sistemləri İdarəsinin Cari təmir üçün tikinti materiallarının satınalınması üçün elan etdiyi tender bitib.

Hurriyyet.Az xəbər verir ki, 60.446,68 AZN məbləğində olan tenderin qalibi "TALBET İNŞAAT" MMC olub. Tenderin başlama tarixi 27.07.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə qədərdir. Elan olunan tenderlə idarəyə Su buraxıcı qapı (Şlüz), Su buraxıcı qapı (Şlüz), Bucaqlıq (40x40mm x 3mm), Metal lövhə, Qaynaq çubuğu, Çınqıl və s. alınmalıdır.

Qeyd edək ki, “TALBET İNŞAAT" MMC-nin hüquqi ünvanı ZAQATALA RAYONU, YUXARI TALA kəndidir. Şirkətin nizamanmə kapitallı 10 manat, qanuni təmsilçisi isə MEHDİYEV ƏHMƏD RAMAZAN OĞLUDUR. Hesab edirik ki, Samux rayon Suvarma Sistemləri İdarəsinə ayrılan 60.446,68 AZN məbləğində pul vəsaitinin xərclənməsinə aidiyyəti qurumlar nəzarət edəcəkdir.

Azər Allahverdiyev

Gəncə müxbiri