📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samuxda evdən 60 yaşlı kişinin meyiti tapıldı

2026-03-25 13:28:34

Samuxda evdən 60 yaşlı kişinin meyiti tapıldı

Samuxda evdən 60 yaşlı kişinin meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində baş verib. Kənd sakinin 1966-cı il təvəllüdlü  R.Babayevin meyiti yaşadığı evdən aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.