📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samuxda fəhlələri daşıyan mikroavtobus aşdı - Ölən var

2026-01-25 10:16:45

Samuxda fəhlələri daşıyan mikroavtobus aşdı - Ölən var

Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.