📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samuxda heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi

2025-11-22 16:02:01

Samuxda heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi

Sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.

Hurriyyet.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhmsiz davranan şəxsin Samux rayon sakini V.Bayramquliyev olması müəyyən edilib.

Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.az