📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samvel Babayanın ifadələri əsasında cinayət işi başlanıb

2023-10-16 14:35:02

Samvel Babayanın ifadələri əsasında cinayət işi başlanıb

Ermənistanda keçmiş qondarma “dqr”in keçmiş “müdafiə naziri” Samvel Babayanın yerli İctimai Televiziyanın efirində səsləndirdiyi ifadələr və oktyabrın 6-da təqdim etdiyi bəyanat əsasında cinayət işi açıblar.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb.

Ermənistan Baş Prokurorluğu “Azadlıq” radiosunun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı yerli cinayət qanunvericiliyinin iki maddəsi üzrə iş başlanıb. Bunlar Cinayət Məcəlləsinin 550-ci maddəsi (komandir və ya vəzifəli şəxs tərəfindən döyüş əməliyyatları zamanı öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi), habelə 545-ci (ehtiyac olmadan döyüş texnikasının düşmənə verilməsi, hərbi qüvvənin təslim olması) maddələridir. Lakin hazırda işlə bağlı təqsirləndirilən şəxslər müəyyən edilməyib.

Qeyd edək ki, Samvel Babayan İrəvanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını “Dağlıq Qarabağın təslim edilməsinə görə” yerli separatçı hakimiyyətə qarşı cinayət işinə başlamağa çağırmışdı.

Musavat.com