📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SANA agentliyi: “ABŞ qüvvələri Suriyanın neftini və taxılını maşın və tanker karvanları ilə daşıyırlar”

2023-01-05 19:21:00

SANA agentliyi: “ABŞ qüvvələri Suriyanın neftini və taxılını maşın və tanker karvanları ilə daşıyırlar”

Hurriyyet.az xəbər verir ki, Suriyanın rəsmi SANA agentliyi ABŞ qüvvələrini ölkədən buğda və neft yüklü 60 tır və tanker çıxarmaqda ittiham edib. Xəbərdə deyilir: “Amerika işğal qüvvələri Suriyanın sərvətlərini talan eləməyə davam edirlər. Bu gün buğda və neft yüklü 60 yük maşını və tanker ABŞ-ın Şimali İraqdakı bazalarına aparılıb.

Hasekenin Əl Yarubiye rayonunda yerli mənbələr SANA-nın müxbirinə “Oğurluq Suriya nefti ilə dolu 36 tankerdən ibarət karvanın bu gün Amerikanın işğal qüvvələri tərəfindən qanunsuz olaraq Əl Mahmudiyyə keçidindən Şimali İraqdakı bazalarına  aparıldığını” söyləyiblər.

Mənbələr Suriyanın Əl Cəzirə bölgəsindən neft və buğda daşıyan, 24 yük maşını və tankerdən ibarət başqa bir karvanın ABŞ hərbi texnikasının müşayiəti ilə işğal qüvvələri tərəfindən qarət edilərək qanunsuz şəkildə Əl Vəlid keçid məntəqəsindən aparıldığını bildiriblər”.

Hürr Tərcüman