SANA agentliyi: İsrail Suriyaya hücum edib
Hurriyyet.az xəbər verir ki, Suriyanın rəsmi SANA agentliyinin məlumatına görə, İsrailin oktyabrın 17-nə keçən gecə ölkənin Lazkiyə (Latakiya) şəhərinə hücumu nəticəsində 2 nəfər dinc sakin yaralanıb.
Hərbi mənbənin SANA-ya verdiyi məlumatda deyilir: "Bu gün saat 2.50 radələrində Aralıq dənizi istiqamətindən İsrail Lazkiyə (Latakiya) şəhərinin cənub-şərq girişinə yaxın nöqtələrdən birini hədəfə alan hava hücumu edib. Nəticəsə 2 nəfər mülki vətəndaş yaralanıb, ətrafdakı şəxsi mülk zədələnib".
Türkiyənin NTV kanalının məlumatında hücum nəticəsində bölgədə yanğın və partlayışların baş verdiyi bildirilir. Xəbərdə deyilir: "İsrail məsələ ilə bağlı açıqlama verməyib. Suriyadakı bəzi sosial media hesabları isə İsrailin İranın dəstəklədiyi qruplara məxsus bir silah anbarını vurduğunu iddia edib".
Hürr Tərcüman