📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyinə yoluxub

2026-10-16 22:39:13

Sankt-Peterburqda dörd nəfər meymunçiçəyinə yoluxub

Rusiyanın Sankt-Peterburq şəhərində dörd nəfər meymunçiçəyi xəstəliyi ilə xəstəxanaya yerləşdirilib.

Hurriyyet.net  xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

Tibb işçiləri həmin dörd nəfəri Krasnoqvardeyski rayonundakı bir mənzildən götürüblər. Yoluxma faktı test nəticələri ilə təsdiqlənib və onlar Botkin adına xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, yoluxan şəxslərin hamısı infeksiya mənbəyi ilə təmasda olublar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir, onlarda yüksək hərarət və limfa düyünlərinin böyüməsi müşahidə olunur.