📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sankt-Peterburqda partlayış: 7 nəfər yaralanıb

2024-05-17 23:55:12

Sankt-Peterburqda partlayış: 7 nəfər yaralanıb

Sankt-Peterburqun Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında partlayış olub.

Bu barəd Rusiya KİV məlumat yayıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

İlkin məlumata görə, onlardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın dron hücumundan sonra baş verdiyi iddia edilir.

Araşdırma aparılır.

\\APA