Şantajda ittiham olunan baş redaktorla bağlı QƏRAR VERİLDİ
"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 8 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 1 il azaldıb. O, ötən ilin noyabr ayında Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayətini geri götürmüşdü.
Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi./apa/