📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sara Əzimova VƏZİFƏYƏ təyin olundu

2026-04-29 12:43:14

Sara Əzimova VƏZİFƏYƏ təyin olundu

Sara Əzimovaya yeni vəzifə verilib.

Hurriyyet.az APA-ya istinadla məlumatına görə, o, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumda mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sara Əzimova bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.