📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saray qəsəbəsinə giriş-çıxış məhdudlaşdırılacaq

2024-07-08 21:11:37

Saray qəsəbəsinə giriş-çıxış məhdudlaşdırılacaq

Sabah saat 10:00-dan Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Hurriyyet.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənə qədər qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Agentlik müvəqqəti narahatlığa görə üzr istəyib.