📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarayda zəncirvari QƏZA - FOTOLAR

2026-08-08 21:58:54

Sarayda zəncirvari QƏZA - FOTOLAR

Abşeron rayonunun Saray qəsəbəsində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, "BYD" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan "Chevrolet" yol kənarında dayanmış "Ford" və "Range Rover" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.//Report