📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saraydan zindana - Kobaxidze yenidən Zurabişviliyə xəbərdarlıq edib

2024-12-27 14:21:29

Saraydan zindana - Kobaxidze yenidən Zurabişviliyə xəbərdarlıq edib

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze səlahiyyət müddəti başa çatmaqda olan Prezidenti Salome Zurabişvilini həbsxanaya salınacağı ilə təhdid edir.
Zurabişvili dekabrın 29-da prezident iqamətgahını tərk eləməsə, həbs edilə bilər.
Baş nazir deyib: "Salome Zurabişviliyə xəbərdarlıq etməliyik. Bu, çox pis mənzərə olardı - onu zorla iqamətgahdan çıxarıb islahedici müəssisəyə yerləşdirməyə məcbur ola bilərik".
Kobaxidze bundan əvvəl də eyni xəbərdarlığı etmişdi.
Dekabrın 29-da Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin andimə mərasimi keçiriləcək. Altıncı Prezident parlament seçkilərinin qalibi olmuş hakim "Gürcüstan arzusu" partiyasının üzvlərindən ibarət kollegiya tərəfindən seçilib.
Hürr Tərcüman