📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sarı-qırmızılar"dan iki transfer "bomba"sı birdən

2025-06-06 20:25:16

"Qalatasaray" eyni anda həm Viktor Osimhen, həm də Leroy Sane ilə danışıqları davam etdirir.

Hurriyyet.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Sarı-qırmızılar" nigeriyalı hücumçuya astronomik maaş təklif edib. O, bunu qəbul etsə, bonuslarla birlikdə ilinə 26 milyon avro qazanacaq.

Hazırda "Əl-Hilal"la Osimhenin danışıqları dayanıb.

Bu yay "Bavariya" ilə müqaviləsi bitən L.Saneyə isə ən yaxşı təklifi "Qalatasaray" verib. İstanbul klubu ona illik 10 milyon avro ney məvacib önərib. Münhen klubu ona bu məbləği ödəməyi düşünmür.

Sane "Qalatasaray" haqda məlumat toplamağa başlayıb.