📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarkisyan 500 min dollar qarşılığında vətəndaşlığını dəyişdi

2022-03-18 22:21:00

Sarkisyan 500 min dollar qarşılığında vətəndaşlığını dəyişdi

Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.

Bu barədə hetq.am bu cür əməliyyatlarla məşğul olan “Henley and Partners” şirkətindən ona daxil olan sənədlərə istinadən məlumat yayıb. Bildirilir ki, Sarkisyan hələ 2013-cü ildə ada dövlətinin vətəndaşı olub. Bu isə Ermənistan Konstitusiyasına ziddir.

Belə ki, qanuna əsasən yalnız son 6 ildə Ermənistan vətəndaşı olan şəxs ölkə prezidenti seçilə bilər və Sarkisyan bu posta 2018-ci il martın 2-də seçilib. Bu il yanvarın 23-də istefa verdikdən bir gün sonra onun Sent-Kits və Nevisin vətəndaşı olduğu üzə çıxıb. \\Manşet.az