Sarkisyan: “Ermənistan Rusiyanı məhkəməyə verməyəcək”
2023-12-04 14:19:12
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan dəyərini ödədiyi silahları almadığı üçün Rusiya Federasiyasını məhkəməyə verməyə hazırlaşmır.
Bu barədə məlumatı Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sarkisyan brifinq zamanı verib.
Sarkisyan deyib: “Pulu ödənilmiş silahlar verilməyib. Lakin iş məhkəməyə çıxmayacaq. Düşünürəm ki, məsələ tərəfdaşlıq atmosferində həll ediləcək”.
Hürr Tərcüman