📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarkisyan: “Qadınların orduda könüllü xidmət edəcək“

2023-01-11 16:30:00

Sarkisyan: “Qadınların orduda könüllü xidmət edəcək“

"Ermənistanda qadınlar Ermənistan Silahlı Qüvvələrinin sıralarında xidmət baxımından fəaldırlar".

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.

Onun sözlərinə görə, qadınların xidməti könüllülük əsasında aparılacaq: "Ölkəmizdə hərbi xidmət məcburi olduğundan bu, hüquqi baxımdan yanlış anlaşıla bilər. Odur ki, hazırda layihə müəyyən hüquqi prosesdən keçir, ondan sonra ictimaiyyətə təqdim olunacaq.

Nazir müavini əlavə edib ki, onların məqsədi qadınların potensialından istifadə etməkdir: “O qadınlar ki, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması işinə töhfə vermək arzusundadırlar”.