📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarkisyan: “Türkiyə ilə xoş münasibətlər qurmaq da yaxşı olardı, amma...”

2021-11-10 13:41:00

Sarkisyan: “Türkiyə ilə xoş münasibətlər qurmaq da yaxşı olardı, amma...”

 

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Qarabağdakı məğlubiyyətdən sonra Türkiyəni “NATO silahları ilə dinc əhaliyə hücum eləmək” kimi böhtanlarla ittiham edən Ermənistan Prezidenti Armen Sarkisyan indi fərqli tərzdə danışmağa başlayıb. Sarkisyan Rusiyanın “Arqumentı i faktı” qəzetinə müsahibəsində özünü sülhsevər kimi göstərməyə çalışıb, nə qələbənin, nə də məğlubiyyətin əbədi olmadığını söyləyərək deyib: “Ermənistanın dünyanın bütün xalqları ilə xoş münasibətləri olmalıdır. Azərbaycanla problemləri həll eləmək arzuolunandır, lakin, bu, çətin məsələdir. Türkiyə ilə xoş münasibətlər qurmaq da yaxşı olardı, lakin bu, daha çətindir”.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin may ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bu məsələ ilə bağlı belə demişdi: “Əminəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mümkündür, lakin bunun üçün Ermənistan tərəfindən siyasi iradə çatmır. Sülh müqaviləsinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutur. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və təbii ki, öz növbəsində, Ermənistan da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımalıdır. Qarabağ Azərbaycanın ərazisidir. Buna heç bir şübhə yoxdur. Belə olub və olacaq da”. 

Hürr Tərcüman