📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarkisyanı Simonyan əvəz edəcək

2022-01-24 12:37:00

Sarkisyanı Simonyan əvəz edəcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ermənistan Konstitusyasının 114-cü maddəsinə əsasən, növbədənkənar seçkilər keçirilənə qədər prezidentin vəzifələrini parlamentin sədri Alen Simonyan yerinə yetirəcək.  

Ermənistanda prezident parlament tərəfində 7 illik müddətə seçilir. Eyni şəxs yalnız bir dəfə prezident ola bilər.

Bəlli olduğu kimi, dünən Armen Sarkisyan prezident vəzifəsindən istefa verib. O, ölkənin xarici və daxili siyasətinə təsir üçün zəruri imkanlarının olmadığını bəyan edib.

Hürr Tərcüman