Sarkisyanın ABŞ-dakı 2 milyon dollarlıq evinin müsadirə olunması tələb edilir
Hurriyyet.az "Sputnik Ermənistan" agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş müdafiə naziri Vigen Sarkisyanın (2016-2018) İrəvandakı və ABŞ-dakı evinin müsadirə edilməsini tələb edir. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidmətinin açıqlamasında keçmiş müdafiə nazirinin Massaçusetsdəki mülkünün qiymətinin 2 milyon dollardan baha olduğu bildirilir.
Mayın 15-də Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun qanunsuz əmlakın müsadirəsi edilməsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib.
Sarkisyanın və onunla əlaqədar şəxsin (L.Q.) İrəvandakı (181 milyon dram bazar dəyərinə malik) və ABŞ-dakı (2,05 milyon dollara - 941 milyon drama əldə edilmiş) mülklərinin müsadirə edilməsi tələb edilir. Onun külli miqdarda maliyyə vəsaitlərinin də müsadirə edilməsi qərara alınıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə külli miqdarda ziyan vurmaq ittiham ilə qiyabi şəkildə cinayət işi açıb. O, Ermənistanda axtarışa verilib və ilkin məlumatlara görə, ABŞ-da yaşayır.
Hürr Tərcüman