📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

2025-03-12 20:43:53

Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı yeni cinayət işi açılıb.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, o, hakimiyyəti dövründə külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.

Sarkisyana qarşı 18 xüsusi külli miqdarda mənimsəmə, külli miqdarda çirkli pulların yuyulması və üç maddə üzrə bu növ əməllərə yardım ittihamı irəli sürülüb.

Onunla bağlı ölkədən çıxmamaq barədə yazılı öhdəlik seçilib.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti həm də dövlət büdcəsindən təxminən yarım milyard məbləğində vəsaitin oğurlanmasını təşkil etməkdə ittiham olunur. Birinci instansiya məhkəməsi ona bəraət versə də, prokurorluq apelyasiya şikayəti verib. \\Cebheinfo.az