Sarkisyanın qardaşının əmlakı müsadirə edilə bilər
2024-08-09 10:10:01
Hurriyyet.az "Sputnik Ermənistan" agentliyinə istinadla xəbər verir ki, Ermənistanın eks-prezidenti və Xocalı qatili olan Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ailə üzvləri ilə birlikdə Ermənistanın Baş Prokurorluğunun Qanunsuz Əmlakın Müsadirəsi idarəsinə çağırılıb.
Onlara məlumat verilib ki, prokurorlun yoxlama nəticəsində tərtib etdiyi sənədə görə ailə üzvlərinin adına qeydə alınmış əmlak müsadirə edilməlidir.
Hələlik hansı əmlakın müsadirə ediləcəyi açıqlanmayıb. İttiham olunan tərəf əmlakı qanuni şəkildə əldə etdiyini sübuta yetirməlidir.
Hürr Tərcüman