📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarkisyanla bağlı TƏCİLİ QƏRAR

2026-08-26 17:45:30

Sarkisyanla bağlı TƏCİLİ QƏRAR

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.

Hurriyyet.media  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Anti-Korrupsiya Komitəsindən məlumat verilib.

Bildirilir ki, Robert Köçəryan və oğlu Sedrakın da iştirak etdiyi cinayət işi çərçivəsində Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, cinayət işi çərçivəsində 3 nəfər həbs edilib, bir nəfər isə ev dustaqlığına buraxılıb.

Məlumata görə, ev dustaqlığına buraxılan şəxs 1999-2009-cu illərdə hökumət bağlarının təsərrüfat müdiri işləmiş Aramais Voskanyandır. Onun həyat yoldaşı və iki qızı isə həbs olunaraq dəmir barmaqlılar arxasına göndərilib.