📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şarl Mişel: Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik

2024-10-17 14:12:53

Şarl Mişel:  Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik

Aİ sizin tərəfinizdədir. Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı deyib.

Mişel həmçinin qeyd edib ki, Aİ Ukraynanın daha çox dəstəyə, daha çox hərbi dəstəyə və daha çox maliyyə dəstəyinə ehtiyacı olduğunu bilir:

"İndi bu təcilidir, bu lazımdır, baxmaq lazımdır ki, biz bunu necə sürətləndirə bilərik, Ukrayna xalqını hərbi baxımdan, maliyyə nöqteyi-nəzərindən dərhal dəstəkləmək üçün necə daha çox səy göstərə bilərik?", deyə Mişel izah edib.

Mişel Ukraynanın Aİ-yə üzvlüyünü Ukrayna xalqına ikinci mesaj adlandırıb: "İkinci mesajım çox aydındır: sizin taleyiniz, Ukraynanın gələcəyi Aİ-dədir. Keçən ay biz hər iki tərəfdən böyük irəliləyiş əldə etdik", deyə Avropa Şurasının prezidenti bildirib.

Ülviyyə, Hurriyyet.az