Şarl Mişel istefa verəcək - səbəbini açıqladı
Hurriyyet.az xəbər verir ki, Avropa Şurasının sədri Şarl Mişel Avropa Parlamentinə seçkilərdə iştirak etmək niyyətindədir və bu səbəbdən iyulun ortalarında öz postunu tərk edə bilər.
“Sudinfo” portalının yazdığına görə, Şarl Mişel deyib: “Mən “Reformator hərəkatı” partiyasından namizəd kimi seçkilərdə iştirak edəcəyəm. Avropa Parlamentinin üzvü olaraq and içmək istəyirəm”.
Şarl Mişelin Avropa Şurasının sədri vəzifəsində səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır. Seçkilər isə iyul ayında keçiriləcək. Siyasətçi “iki vəzifəni birdən daşımağın qeyri-mümkün” olduğunu söyləyib: “Bu o deməkdir ki, mən iyulun 16-da Avropa Parlamentinin üzvü kimi andiçmə mərasimində iştirak edənə qədər Avropa Şurasının sədri vəzifəsini icra edəcəyəm”.
Avropa Parlamentinə seçkilər 6-9 iyul tarixlərində keçiriləcək.
Hürr Tərcüman