📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şarl Mişel: "Kremlə təzyiq yaratmaq üçün sanksiyalar tətbiq etməliyik"

2022-03-24 21:45:00

Şarl Mişel:

"Biz Ukraynanı mümkün olduğu qədər dəstəkləməli və Kreml üzərində təzyiq yaratmaq üçün sanksiyalar tətbiq etməliyik".

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel NATO-nun baş qərargahında mətbuata açıqlamasında deyib.

"Vladimir Putin məğlub edilməlidir. Bunun baş verməsi üçün biz Ukraynanı mümkün olduğu qədər dəstəkləməliyik və Kreml üzərində təzyiq yaratmaq üçün sanksiyalar tətbiq etməliyik. G7 ölkələri ilə birlikdə, NATO və Aİ-yə üzv ölkələrlə birlikdə biz işləməyə davam edəcəyik. Bu müharibə dayanmalıdır", - deyə Ş. Mişel vurğulayıb. \\7NEWS.Az