📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şarl Mişeldən Rusiya ilə bağlı - Açıqlama

2023-06-24 14:10:00

Şarl Mişeldən Rusiya ilə bağlı - Açıqlama

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyada yaranmış vəziyyətə münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, Şarl Mişel tvitterdəki paylaşımında "Vaqner"lə Rusiya hökuməti arasında yaranmış qarşıdurmanı bu ölkənin daxili məsələsi kimi dəyərləndirib: "Rusiyada baş verənləri diqqətlə izləyirik. Avropa liderləri və G7 tərəfdaşları ilə təmasdayıq. Bu, tamamilə Rusiyanın daxili məsələsidir. Bizim Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır".

qafqazinfo.az