📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şarl Mişeldən Vladimir Putinə XATIRLATMA: "Avropa Birliyi Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-09-08 16:47:00

Şarl Mişeldən Vladimir Putinə XATIRLATMA:

Avropa Şurasının sədri Şarl Mişel Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində AB-nin Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib. Bu barədə Şarl Mişel özünün “Tvitter” səhifəsində yazıb.

AB-nin sədri qeyd edib ki, V.Putinlə danışıq əsnasında Əfqanıstanda baş verən hadisələr və onların regiona təsiri də müzakirə olunub. Onun sözlərinə görə, AB və Rusiya regiona sabitlikdə maraqlıdırlar. Prioritetlər kimi, o humanitar böhranın qarşsının alınmasını, terrorla mübarizə, qeyri-qanuno narkotik dövriyyəsi, insan hüquqlarının müdafiəsini sadalayıb.

Ülviyyə Şükürova

Hurriyyet.az