Şarl Mişeli kim əvəzləyəcək?
Hurriyyet.az xəbər verir ki, "Blumberq" ("Bloomberg") nəşrinin anonim mənbələrə istinadla verdiyi məlumata görə, Avropa Şurasının başçısı vəzifəsinə Rumıniya Prezidenti Klaus Yohannis namizəd ola bilər. Yohannisin prezident səlahiyyətinin müddəti 2024-cü ilin sonunda başa çatır və o, növbəti seçkilərdə iştirakı planlaşdırmır.
Bəlli olduğu kimi, Avropa Şuraqının indiki sədri Şarl Mişel iyun ayında istefa vermək və Avropa Parlamentinə seçkilərdə iştirak eləmək niyyətindədir.
Nəşrin yazdığına görə, Avropa Komissiyasının sədrinin Ursula fon der Lyayen olacağı təqdirdə Yohannesin Avropa Şurasının sədri olmaq şansı azala bilər. Buna səbəb onların hər ikisinin eyni pariyanın - Avropa Xalq Partiyasının üzvü olmasıdır.
Bir müddət əvvəl "Politiko" nəri Mişelin Avropa Parlamentinə seçkilərində iştirak etmək üçün Avropa Şurasının sədri postunu vaxtından əvvəl tərk edəcəyi halda, bu vəzifədə onu Macarıstanın Baş naziri Viktor Orbanın əvəzləyə biləcəyini yazmışdı. Çünki, 2024-cü il iyulun 1-dən dekabrın 31-nə qədər Avropa Şurasına Macarıstan başçılıq edəcək və sədr vəzifəsinə seçkilərin nəticəsiz qalacağı təqdirdə, Orban avtomatik olaraq, bu vəzifəni tutacaq. Mətbuatda gedən xəbərlərdə namizədlər sırasında İtaliyanın keçmiş baş naziri Mario Draqi ilə Lüksemburqun baş naziri Ksavye Bettelin də adları çəkilir.
Hürr Tərcüman