Satıjiletlilər meydanlara qayıdırlar?
Hurriyyet.az “TRT Haber”ə istinadən xəbər verir ki, Fransada ictimai və siyasi böhranlara səbəb olan sarıjiletlilərin nümayişlərə başlamasından 3 il keçdiyi bir zamanda, etirazçılar yenidən meydanlara çıxmağa hazırlaşırlar.
Fransada sarıjiletlilərin mitinqləri yanacağın bahalaşmasına və iqtisadi vəziyyətin pisləşməsinə etiraz olaraq, 2018-ci il noyabrın 17-də başlamışdı. Etirazlar getdikcə Prezident Emmanuel Makron iqtidarına qarşı üsyana çevrilmişdi.
Parisdə təqribən 300 min nəfərin iştirakı ilə başlanan sarıjiletlilərin nümayişlərində son illərin ən böyük zorakılıq halları baş vermişdi.
“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, sarıjiletlilərin liderlərindən biri olan, nümayişlərin birində polisin vurduğu plastik güllə ilə gözündən yaralanmış Jerom Rodriqes sabah fransızları bütün ölkə boyunca nümayişlərə çıxmağa çağırıb.
Hürr Tərcüman