“Satqın Priqojin Rusiyanı arxadan vurdu. Onu yaxalayın!” – RF Təhlükəsizlik Xidməti
2023-06-24 08:53:00
Hurriyyet.az xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Vaqner” döyüşçülərini Yevgeni Priqojinin əmrlərini yerinə yetirməməyə çağırıb.
RF FTX-nin bəyanatında deyilir: “Vaqner” özəl hərbi şirkərinin döyüşçülərini düzəlməz səhvlər etməməyə, Rusiya xalqına qarşı istənilən güc tətbiqini dayandırmağa, Priqojinin cinayətkar və satqın əmrlərini yerinə yetirməməyə, onu yaxalamaq üçün tədbirlər görməyə çağırırıq. Priqojinin bəyanatı – vətəndaş münaqişəsinə çağırış və RF Silahlı Qüvvələrinin kürəyinə saplanmış xəncərdir”.
Hürr Tərcüman