📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Savaş başlana bilər! Dron vuruldu

2022-09-01 15:21:00

Savaş başlana bilər! Dron vuruldu

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Tayvanın hava məkanına daxil olan və Çin ordusuna məxsus olduğu güman edilən PUA vurulub. Çinin Tayvanın Kinmen adasındakı hərbi müəssisələrinin üzərində icazəsiz uçuşlara davam elədiyi bir dövrdə Tayvanın hava məkanına “naməlum” dronun daxil olduğu bildirilib.

Tayvan ordusuna tabe olan Kinmen Müdafiə Komandanlığı lazımi xəbərdarlıqların edilməsindən sonra PUA-nın bu gün yerli vaxtla 12.30-da vurulduğunu bəyan edib. Komandanlıq tərəfindən verilən açıqlamada Çin tərəfindən dron təcavüzkarlığına qarşı ehtiyatlı olmağa davam ediləcəyi bildirilir.

Hürr Tərcüman